EN

Dəniz Piyadaları düşmənin canlı qüvvə və texnikasını məhv ediblər

Hərbi Dəniz Qüvvələrinin Dəniz Piyada bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib. Müdafiə Nazirliyinin məlumatına görə, təlimin ssenarisinə uyğun olaraq, həyəcan siqnalı ilə qaldırılan bölmələr daimi dislokasiya məntəqəsindən cəmləşmə rayonlarına çıxarılıb.

Təlimin növbəti mərhələsində dəniz piyadaları hərəkət planına uyğun olaraq gizli, sürətli və maskalanmış şəkildə hücum xəttinə irəliləyərək şərti düşmənin canlı qüvvəsi və texnikasını məhv edib, həmçinin düşmən mövqelərini tutaraq təminat yollarını nəzarət altına alma tapşırıqlarını icra ediblər.

Təlim zamanı, həmçinin bölmənin yerləşdiyi ərazidə komendant xidmətinin və hərəkətli patrul sisteminin təşkili, eləcə də gecə məşğələlərinin keçirilməsi üzrə fəaliyyətlər də yerinə yetirilib.

Chosen
0
2
news365.az

10Sources