EN

Simonyan: "Rusiya Ermənistana qarşı müharibə aparır"

Hurriyyet.az xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiyanı Ermənistana qarşı hibrid müharibə aparmaqda ittiham edib. Bu barədə erməni mətbuatı məlumat verib.

Simonyanın sözlərinə görə, Moskva İrəvana qarşı hibrid müharibəyə böyük vəsait xərcləyir. bu müharibə bəzən aktivləşir, erməni soyadlı bir sıra Rusiya ekspertləri bu savaşa cəlb edilib. Onlar Ermənistanda "hakimiyyəti dəyişməyə cəhd edirlər, mitinq çağırışıları və s. edirlər".

Simonyan bu cəhdlərin 2026-cı il parlament seçkilərində fəallaşacağına əmin olduğunu bildirib. Onun sözlərinə görə, həmin cəhdlər əks-təsir göstərəcək və hakim "Mülki müqavilə" partiyasının reytinqi ikiqat artacaq.

Simonyan ölkədə dövlət çevrilişi təhdidini görmədiyini söyləyib. Onun sözlərinə görə, 2020-ci ildən belə cəhdlər edilsə də, nəticəsiz qalıb.

Spiker İrəvanın müstəqilliyinin bəzilərinin xoşuna gəlmədiyini deyib: "Onların fikrincə, Ermənistan həmişə hansısa mərkəzdən, böyük qardaşdan asılı olmalıdır. Fikirləşməlidir ki, böyük qardaşı, yaxud da fövqəldövlət olmasa, onu yeyərlər, öz varlığı ilə ona borcludur. Bu ona görə lazımdır ki, BMT və digər beynəlxalq platformalarda Ermənistan "böyük qardaşın" istədiyi kimi səs versin. Vəziyyətin dəyişməsi ilə Ermənistan onun idarəsindən çıxır". 

Hürr Tərcüman

Chosen
0
hurriyyet.az

1Sources