EN

Mərakeş Krallığının xanım şahzadəsi Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Mayın 5-də Mərakeş Krallığının xanım şahzadəsi Lalla Hasnaa Şəhidlər xiyabanını ziyarət edib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Lalla Hasnaa Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həyatlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Sonra Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

  • Mərakeş
  • Mərakeş
  • Mərakeş
  • Mərakeş
  • Mərakeş
  • Mərakeş
  • Mərakeş
  • Mərakeş
  • Mərakeş
  • Mərakeş
Chosen
0
19
day.az

10Sources