EN

Müharibədən xatirə kimi gətirdiyi bıçaqla adam öldürdü

Qətl törətməkdə təqsirləndirilən qazi hakim qarşısına çıxarılıb. O, həbsdə olan bibisi oğlunun arvadına zəng edən şəxsi öldürüb. Hadisə zamanı istifadə etdiyi bıçağı isə müharibədən xatirə kimi gətiribmiş.

Publika.az Musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 25 yaşlı Ələkbər Səmədlinin cinayət işi üzrə məhkəmə araşdırması baş tutub.

Qəsdən adam öldürməkdə və qanunsuz olaraq silah saxlamaqda ittiham edilən Ə.Səmədli 10 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Ələkbər Səmədli Qaradağ rayonunda Rüfət Rüstəmovu qətlə yetirib. Onlar uşaqlıq dostu olublar və bir məhəllədə böyüyüblər.

Təqsirləndirilən Səmədlinin bibisi oğlu narkotik ittihamı ilə həbs edilib. Səmədli bibisi oğlunun xanımının namusunu qorumağı özünə borc bilib. Buna görə də Rüfətin bibisi oğlunun arvadına mesaj yazmasını bilən kimi onunla görüşə gedib.

Səmədli bibisi oğlunun arvadının nömrəsinə zəng gələn zaman telefonu özü açıbmış. O, telefondakı səsdən Rüfəti tanıyıb. Rüfətin işlədiyi sexə gələn Səmədli orada onunla mübahisə edib. Ətrafda olanlar onları sakitləşdirib və aralaşdırıb. Bir neçə dəqiqə sonra onlar aralarındakı söhbəti sonlandırmaq üçün yenidən görüşüblər. Səmədli evdən bıçaq götürərək maşınla Rüfətin yanına gəlib. Onlar maşına əyləşərək qəsəbədən uzaqlaşıblar.

Mübahisə zamanı Səmədli bıçaqla Rüfətə bir neçə zərbə vurub. Səmədli iddia edib ki, Rüfətin də bıçağı olub.

Chosen
0
2
publika.az

3Sources