EN

Azərbaycan və NATO tərəfdaşlığı müzakirə olunub

Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə NATO-nun İcraçı İdarəetmə üzrə Baş katibinin köməkçisi Karlo Borqini ilə görüşüb.

“Poliqon” xəbər verir ki, bu barədə Cəfər Hüseynzadə özünün “X” hesabında paylaşım edib.

“Sülh Naminə Tərəfdaşlıq çərçivəsində Azərbaycan-NATO tərəfdaşlığı, eləcə də cari inzibati məsələlər ətrafında səmərəli müzakirələr apardıq”, – deyə paylaşımda qeyd olunub.

Chosen
0
9
poliqon.az

10Sources