13:55
Azərbaycan Baş naziri Əli Əsədov və Belarus Baş naziri Aleksandr Turçin arasında təkbətək görüş keçirilir.
Gundem.az xəbər verir ki, bu barədə Belarus hökumətinin mətbuat xidməti məlumat yayıb.
***
Azərbaycan və Belarus Baş nazirləri arasında geniştərkibli görüş keçirilir.
Əli Əsədov və Aleksandr Turçinin iştirakı ilə keçirilən görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunacaq.