EN

“Məlumatların operativ verilməsində problemlər olub” - Ermənistan müdafiə nazirinin müavini

Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan sərhəddəki vəziyyətlə bağlı operativ məlumatın verilməsində problemlərin olduğunu etiraf edib.

Herbiand.az bu barədə erməni mətbuatına istinadən bildirir.

İnsidentlərdən bir neçə gün sonra Müdafiə Nazirliyinin nə məlumat verdiyi ilə bağlı jurnalistlərin sualını cavablandıran Sarkisyan etiraf edib ki, “operativliklə bağlı problemlər olub”, lakin “son vaxtlar belə problemlər yoxdur”.

Nazir müavini erməni hərbçilərin mayın 9-da Moskvada keçiriləcək paradda iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandırmayıb.

Bəxtiyar CƏFƏRLİ

Chosen
0
herbiand.az

1Sources