Finss.az - Türk Eximbank, ixracat sahəsindəki təsirini artırmaq məqsədilə beynəlxalq maliyyə qurumları ilə strateji tərəfdaşlıqlar qurmağa davam edir.
Bankadan verilən məlumata görə, bank digər ixracat kredit təşkilatları, regional və çoxmillətli maliyyə qurumları ilə müqavilələr bağlamaq üzərində danışıqları aparır.
Türk Eximbank, İtaliya ilə iqtisadi əlaqələrin daha da gücləndirilməsi məqsədilə Roma şəhərində keçirilən Türkiyə-İtaliya İş Forumuna qatılıb. Forumda, bank İtaliyanın rəsmi ixracat dəstək təşkilatı olan SACE ilə genişmiqyaslı reasürans müqaviləsi imzalayıb. Bu razılaşma çərçivəsində, iki ölkə arasında birgə həyata keçiriləcək layihələrə reasürans dəstəyi veriləcək. Müqavilə, ixracat proseslərinin sürətini artıracaq və daha effektiv maliyyə şərtləri təmin edəcək.
Bundan əlavə, Türk Eximbank, İtaliyanın beynəlxalq inkişafda işbirliyi edən maliyyə qurumu CDP ilə də qarşılıqlı anlaşma memorandumu imzalayıb. Bu memorandum çərçivəsində, hər iki qurum arasında maliyyələşdirmə sahəsində əməkdaşlıq və yeni maliyyə mənbələrinin özəl sektora təqdim edilməsi istiqamətində fəaliyyətlər təşkil olunacaq.
Hər iki müqavilənin, Türkiyə və İtaliya arasındakı iqtisadi əlaqələrə, ixracat və ticarət həcminə müsbət təsir göstərməsi gözlənilir.