EN

Rusiyadan milyardlar oğurlayan İslam Türkiyədə saxlanıldı

Rusiya hüquq-mühafizə orqanları tərəfindən Rusiya Sosial Fondundan külli miqdarda oğurluq etməkdə ittiham olunan İslam Seynaroyev Türkiyədə saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə RTVI məlumat yayıb.

İstintaqın məlumatına görə, fondun İqnuş filialının keçmiş müdiri 2 milyard rublun oğurlanmasının təşkilatçılarından biri olub. O, Türkiyəyə gedib və burada özünü təhlükəsiz hiss edib. Ölkədə aldığı villaları icarəyə verərək çiyələk və bananın topdan çatdırılması ilə məşğul olub.

Qeyd olunur ki, Seynaroyev saxlanılarkən müqavimət göstərməyib. Onun ekstradisiyası üçün sənədlər hazırlanır.

Chosen
0
publika.az

1Sources