EN

Öz kürəkəninin doğuşunda iştirak etdi - FOTO

Türkiyədə 40 ildir mamaça işləyən şəxsin öz kürəkəninin doğuşunda (dünyaya gəlməsində) iştirak etdiyi üzə çıxıb.

Hakimiyyet.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, maraqlı fakt Eskişehirdə üzə çıxıb.

Belə ki, 62 yaşlı Nilüfer Doğumsel bu vaxta qədər 3 min doğuşda iştirak edib. Onun karyerasında ən maraqlı məqam qızının gələcək ərinin 31 il əvvəl onun öz əlində doğulmasıdır.

Ötən il 29 yaşlı qızı Dilarə sevgilisi Gökhan Güngörü ailəsi ilə tanış etmək istəyəndə maraqlı təsadüf baş verib.

Bəyin anası Seviye Kızılırmak elçilik mərasimində Nilüfer Doğumseli tanıdığını bildirib. Söhbət əsnasında S.Kızılırmak oğlunu dünyaya gətirərəkən yanında olan mamaçanın qudası olduğu üzə çıxıb.

"Bu qədər doğuşdan hamını xatırlamaq mənim üçün mümkün deyil. Amma uşaq dünyaya gətirən qadınlar mamaçalarını da unutmurlar. Bunu öyrənəndə çox təəccübləndik və sevindik. Bizim üçün gözəl bir an idi. İndi kürəkənim mənə adətən “mamaça ana” deyir”, - deyə N.Doğumsel söyləyib.

Billurə Yunus

Chosen
0
3
hakimiyyet.az

4Sources