Azərbaycan Dövlət Akademik Musiqili teatrın aktyoru Əmrah Dadaşov qiraətçilərə irad tutub.
Adalet.az bildirir ki, aktyor qiraətçilərin şeir səsləndirən zaman bəzi feilləri düzgün tələffüz etmədiklərini söyləyib:
O, “Kimsə şeir söyləyəndə “olaydı” sözünü “olaydı”kimi deyirsə, həmin şeirin davamına qulaq asmıram. Elə bilirlər ki, “gələydi”, “olaydı” sözləri yazıldığı kimi deyilməlidir. Halbuki o sözlər “gəleydi”, “oleydi” kimi səslənməlidir. Sadə şeyləri bilmirlər və bu məni incidir”, deyib.
Qeyd edək ki, aktyorun düzgün olmayan fikirlərini aparıcı heç bir irad bildirmədən qəbul edib.
Əntiqə