EN

Elçin Babayev: Heydər Əliyev Bakı Dövlət Universitetinin dünyaşöhrətli məzunudur və biz bununla fəxr edirik

Bakı Dövlət Universiteti və Yeni Azərbaycan Partiyasının (YAP) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə, eyni zamanda, 2025-ci ildə Prezident İlham Əliyev tərəfindən elan olunmuş “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirildi. Bu konfrans gənc nəsli qüdrətli Azərbaycanın həm bu gününə, həm sabahına hazırlamaq məqsədi daşıyır.

“İki sahil” xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev jurnalistlərə müsahibəsində söyləyib.

Rektor bildirib ki, Heydər Əliyev ideyaları yaşayır, əbədidir və biz Heydər Əliyev irsinin öyrənilməsi, onların gənc nəslə aşılanması istiqamətində də kifayət qədər işlər görürük. Bu istiqamətdə görəcəyimiz işlər çoxdur. Heydər Əliyev Bakı Dövlət Universitetinin dünyaşöhrətli məzundur və biz bununla fəxr edirik.

“Düşünürəm ki, belə tədbirlər bugünkü Azərbaycan, onun dünyadakı yeri və gündən-günə qüdrətlənən ölkəmizin istər beynəlxalq arenada, istərsə də regionda öz sözünü deyə bilməsi baxımından gördüyümüz işlərin bir hissəsidir”, - deyə rektor bildirib.

Chosen
0
3
ikisahil.az

4Sources