Tehran İranın nüvə proqramı ətrafında böhranın həlli ilə bağlı Vaşinqtonla dolayı danışıqları davam etdirməyə hazırdır və vasitəçi rolunu oynayan Omandan növbəti görüşün tarixini və yerini gözləyir. AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi məlumat verib."Mayın 3-nə planlaşdırılan məsləhətləşmələrin növbəti raundunun təxirə salınması vasitəçinin təşəbbüsü və hər iki tərəfin razılığı ilə həyata keçirilib. Bu danışıqların gələcəyinə gəlincə, İran Omandan mesajlar gözləyir. Omanlı dostlarımız vaxt, yer barədə razılığa gələcəklər və bizə vaxtında məlumat veriləcək", - deyə o, bildirib.Bəqayinin sözlərinə görə, Tehran nüvə proqramı ilə bağlı bütün məsələlərin həlli üçün diplomatik yola sadiq qalacağını artıq sübut edib. "Əgər Birləşmiş Ştatlar İranın atom bombasına sahib olmamasını istəsə və onların tərəfində dürüstlük olarsa, o zaman bir çox məsələləri həll etmək olar”, - deyə iranlı diplomat əlavə edib.