ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya rəhbərliyi sülh razılaşmasına nail olmaq üçün zəbt etdiyi bütün Ukrayna ərazilərindən imtina etməli olacaq."Rusiya bütün Ukraynadan imtina etməli olacaq. Çünki Rusiya bütün Ukraynanı istəyir. Mən müdaxilə etməsəydim, onlar bütün Ukrayna üçün döyüşəcəkdilər. Rusiya indi sahib olduğu ərazini istəmir, bütün Ukraynanı istəyir", - deyə Amerika prezidenti "NBC Newsa müsahibəsində Moskvanın ən azı bir güzəştə gedib-gəlməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.Bundan əvvəl Tramp bildirmişdi ki, Rusiya Ukraynadakı münaqişənin nizamlanması prosesində böyük güzəştə gedib və bütün Ukrayna ərazisinə iddia irəli sürmür. Mediaya sızan sənədlərdən görünür ki, ABŞ-ın Ukraynadakı münaqişənin həlli ilə bağlı təklifləri siyahısına, xüsusən, Krımın ABŞ tərəfindən rəsmi şəkildə Rusiya kimi tanınması, Rusiyanın yeni regionlar üzərində nəzarətinin tanınması, Ukraynanın NATO-ya daxil olması mümkünlüyü ilə bağlı müzakirələrin gündəmdən çıxarılması ilə bağlı məqamlar var.