EN

Rəsm açıqlamanı özü verdi, klubu tərk edir

style='margin-bottom:10px;'>

Trent Aleksander-Arnold 2024/25 mövsümünün sonunda "Liverpul" klubunu tərk edəcəyini açıqlayıb.

QOL.az xəbər verir ki, bu haqda futbolçu X sosial şəbəkə hesabında yaydığı açıqlamada bildirib. 

“Liverpul” futbol klubunda 20 illik fəaliyyətimdən sonra mövsümün sonunda klubu tərk edəcəyimi təsdiqləməyin vaxtı çatdı. Bu, həyatımda verdiyim ən çətin qərardır" - deyə o qeyd edib.

26 yaşlı britaniyalı futbolçunun klubla müqaviləsi 2025-ci il iyunun 30-da başa çatır. O, 2004-cü ildə "Liverpul" yeniyetmə futbolçu kimi oynamağa başlayıb, 2016-cı ildə klubla peşəkar müqaviıə bağlayıb.

Trent Aleksander-Arnold "Liverpul"un heyətində 352 oyun keçirib, 23 qol vurub və 92 məhsuldar ötürmə edib.

Bundan əvvəl jurnalist Deyvid Ornşteyn bildirmişdi ki, futbolçu bu həftə "Real"la müqavilə imzalayacaq.

Chosen
0
1
teleqraf.com

2Sources