Bakı. Trend:
Cari ilin yanvar-aprel aylarında Dövlət Neft Fondundan dövlətbüdcəsinə transfert 4,57 milyard manat təşkil edib.
Trend bubarədə Maliyyə Nazirliyindən məlumat əldə edib.
Məlumata görə, Fond tərəfindən dövlət büdcəsinə transfertproqnoza qarşı 247,9 milyon manat və ya 5,1% az icra edilib.
Qeyd edək ki, hesabat dövründə dövlət büdcəsinin gəlirləri13,965 milyard manat təşkil edib ki, bu da 4 aylıq proqnozdan 219,7milyon manat və ya 1,6% çoxdur.