EN

"Milyonlarla insan əziyyət çəkir" - AzTV-dən sonra deputat da AYNA-nı tənqid etdi

Paytaxtda nəqliyyatla bağlı narazılıqlar səngimək bilmir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyətinə dair ictimaiyyət arasında artan narazılıqlar artıq televiziyaların da diqqətini cəlb edib. Hətta dövlət televiziyası AzTV belə tənqidi süjet yayımlayıb. Süjetdə bildirilib ki, Bakının Hüseyn Seyidzadə küçəsindəki piyada keçidləri uzun müddətdir silinmiş vəziyyətdədir və yenilənmir. Bu isə piyadaların və sürücülərin təhlükəsizliyini ciddi təhdid altına salır.

Bəs, niyə AYNA öz işinin öhdəsindən gələ bilmir?

Mövzu ilə bağlı Ölkə.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, Bakıda nəqliyyat sistemində, tıxacın idarə olunmasında müəyyən problemləri, bütün cəmiyyət görür.

Onun sözlərinə görə, sözügedən məsələlərin əziyyətini də bütün elliklə milyonlarla insan çəkir: “Ona görə də bunun optimal yolu tapılmalıdır. Hesab eləmirəm ki, qurum optimal yolu tapa bilir. Hər halda yalnız bir avtobus zolağı yaratmaqla, yaxud da hansısa bir şəkildə məhdudiyyətləri artırmaqla tıxacı daha çox artırmış olursan. Yəni bu, heç bir halda vətəndaşların maraqlarına uyğun hal deyil. Amma adətən bizdə bu cür qurumlar yaranarkən ümid bağlanır, yaxud da ümid verilir ki, bunların fəaliyyəti artıq bu sahədə müsbət irəliləyişə səbəb olacaq. Lakin zaman göstərir ki, bu cür olmur”.

Chosen
0
1
aznews.az

2Sources