Bu ilin yanvar-aprel aylarında Azərbaycanda dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 200,3 milyon manat təşkil edib.
“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, ödənişli xidmətlərdən daxilolmalar proqnozdan 26,4 % az icra edilib.
Bundan başqa, 4 ay ərzində büdcəyə sair daxilolmalar 182,3 milyon manat olub. Bu isə proqnozdan 22,4 % çoxdur.