EN

Ulduz futbolçunun “Real”a keçəcəyi dəqiqləşdi

“Liverpul”un futbolçusu Trent Aleksander-Arnold karyerasını İspaniyada davam etdirəcək.

Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, ingiltərəli müdafiəçinin Mersisayd təmsilçisini tərk edəcəyi dəqiqləşib. Futbolçu artıq “kral klubu” ilə müqavilə üçün bütün sənədlərin hazır olduğu və rəsmi imzanın mövsümün sonunda atılacağı bildirilib.

Qeyd edək ki, “Real”ın Arnold üçün qarşı tərəfə 100 milyon təzminat ödyəcəyi iddia olunur.

Chosen
0
msport.az

1Sources