EN

Alim 2025-ci ildə maqnit qasırğalarının artacağını bildirib

2025-ci ilin dörd ayında Yer kürəsində baş verən maqnit qasırğalarının sayı ötən illə müqayisədə artsa da, günəşdə baş verən partlayışların sayı azalıb.

Qaziler.az bildirir ki, bu barədə mayın 5-də Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ) Günəş Astronomiyası Laboratoriyasının rəhbəri Sergey Boqaçov məlumat verib.

"Bu il maqnit qasırğalarının sayı, əksinə, kəskin artıb. 2024-cü ilin yanvarından aprel ayına qədər cəmi səkkiz qasırğalı gün olsa da bu ilin ilk dörd ayında artıq 21 belə gün olub, yəni 2,5 dəfə çoxdur", - Boqaçev RİA Novosti-yə bildirib.

Onun sözlərinə görə, bu cür aktivliyin əsas səbəbi Günəşdə 2024-cü ildə demək olar ki, yox olan tac dəliklərinin əmələ gəlməsi olub.

Bundan əlavə, o, həmçinin qeyd edib ki, 2025-ci ildə günəş məşəllərinin aktivliyi 15% azalıb.

QAZİLER.AZ

Chosen
0
qaziler.az

1Sources