EN

Ələsgər Məmmədli ev dustaqlığına buraxılmadı

“Toplum TV” işi üzrə ittiham olunan şəxslərin cinayət işi üzrə təxirə salınmış hazırlıq iclası yekunlaşıb.

Demokrat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda cinayət işinin baxışa verildiyi elan edilib.
 
Azər Tağıyevin sədrlik etdiyi hakimlər Ələsgər Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi vəsatətini təmin etməyib. Təqsirləndirilən şəxslərin hər birinə münasibətdə məhkəməyə qədər seçilmiş qətimkan tədbiri qüvvədə saxlanılıb.

İş məhkəmə baxışına verilib.

Chosen
0
8
demokrat.az

10Sources