EN

Bakı Funikulyorunun 65 illiyi münasibətilə bu gün gedişlər ödənişsizdir

Bu gün Azərbaycanın yeganə dağ relsli nəqliyyat vasitəsi olan Bakı Funikulyorunun 65 illik yubileyi qeyd olunur. 1960-cı il mayın 5-də istismara verilən funikulyor, tanınmış dövlət xadimi və Əməkdar mühəndis Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilib. Layihə SSRİ dövründə xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq Bakıya gətirilib.

Funikulyorun iki əsas stansiyası mövcuddur: “Bəhram Gur” və “Şəhidlər Xiyabanı”. Bu nəqliyyat vasitəsi saatda təxminən 2000 sərnişin daşımaq qabiliyyətinə malikdir.

News365.az-a açıqlama verən Bakı Funikulyorunun rəisi Tofiq İsmayılov bildirib ki, 65 illik yubiley münasibətilə bu gün saat 17:00-dək sərnişinlər funikulyor xidmətindən ödənişsiz istifadə edə biləcəklər.

Qeyd edək ki, adi günlərdə funikulyorda bir istiqamət üzrə gediş haqqı 1 manat təşkil edir.

Chosen
0
news365.az

1Sources