EN

İran uğurlu ballistik raket sınağı keçirib

İran 1200 km mənzilli yeni ballistik raketini uğurla sınaqdan keçirib.

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə İranın müdafiə naziri Əziz Nəsirzadə “IRIB” telekanalında açıqlama verib.

Onun sözlərinə görə, 1200 km-dən çox məsafədən buraxılan raket hədəfləri dəqiq aşkar edib məhv etməyə qadirdir, həmçinin müdaxilələrə davamlıdır.

Nəsirzadə qeyd edib ki, İran əhəmiyyətli raket ehtiyatına malikdir və ona qarşı təcavüz olarsa, tərəddüd etmədən onlardan istifadə etməyə hazırdır.

Chosen
0
cebheinfo.az

1Sources