Acılı yeməyə həvəsin səbəbləri məlum olub.
Qastroenteroloq Yevgeni Belousovun deyib ki, bu geniş yayılmış fenomenin fizioloji və psixoloji səbəbləri var.
“Cebheinfo.az” “Gazeta.ru”-ya istnadən yazır ki, fizioloji baxımdan ədviyyatlı yemək yemək istəyi kapsaisinin təsiri ilə izah olunur. Bu maddə reseptorları qıcıqlandırır, yanma hissi yaradır. Buna cavab olaraq bədən endorfinlər - həzz hormonları istehsal edir.
Nəticədə müsbət reaksiya formalaşır. “Bundan əlavə, bu cür qida maddələr mübadiləsini müvəqqəti sürətləndirir və bu, enerji artımı kimi qəbul edilir”,- həkim əlavə edib.
Eyni zamanda, o deyib ki, ədviyyatlı qidalar yemək streslə mübarizə aparmaq üçün bir yol ola bilər: “Çünki güclü dad hissləri narahatlıqdan yayınmağa kömək edir”.
Bundan başqa, ədviyyatlı qidalara olan həvəs də bədənin ehtiyaclarını bildirə bilər: “Məsələn, B vitaminləri və ya mineralların çatışmazlığını göstərir”.
Ümumiyyətlə, həkim ədviyyatlı yeməkləri sevənlərə onu dozasını aşmamağı və mümkünsə, ədviyyatlı yeməkləri daha az ədviyyatlı yeməklərlə əvəz etməyi məsləhət görüb: “Lakin bunu tədricən edin”.
O, tam olaraq nəyin səbəb olduğunu anlamaq üçün ədviyyatlı yeməkləri nə vaxt və nə üçün arzuladığınızı izləməyi tövsiyə edib.