Bakı. Trend:
Azərbaycanlı tələbələr Macarıstanın Peç universitetindəəczaçılıq üzrə intensiv tədris proqramında iştirak edəbiləcəklər.
Trend xəbər verirki, bunu Peç Universitetinin əczaçılıq kafedrasının dosenti AndraşFittler Bakıda keçirilən “Azərbaycan əczaçılıq sənayesi: dünən,bügün və sabah” mövzulu beynəlxalq konfransda etdiyi çıxışdabildirib.
Oun sözlərinə görə, Azərbaycanda əczaçılıq sahəsində öz bilik vəpraktiki bacarıqlarını genişləndirməyə can atan mütəxəsislərin həmbakalavr həm də magistra səviyyəsində hazırlanması üçün əhəmiyyətlipotensial var.
"Bunun üçün biz sənaye üzrə ekspertlər və “PanoPharma” əczaçılıqzavodu ilə birlikdə xüsusi proqram hazırlamışıq. Bu proqramtələbələrə və məzunlara tətbiqi əczaçılıq aspektlərinə yönəlmişintensiv təlim keçmək imkanı verəcək və bu, şübhəsiz ki,Azərbaycanın əczaçılıq sahəsinin inkişafına töhfə verəcək",- deyəFittler vurğulayıb.
Fittler Pеç Universitetinin Əczaçılıq fakültəsində beşillikmagistr proqramı, həmçinin Tibb fakültəsi ilə birgə həyatakeçirilən biotexnologiya üzrə bakalavr proqramının təklifolunduğunu xatırladıb.
“Universitetdə klinikalar və elmi mərkəzlər fəaliyyət göstərirvə onlar mütəxəssislərin hazırlanmasında və tibb, biotexnologiya vəəczaçılıq sahələrində aktual tədqiqatların aparılmasında mühüm roloynayır.
Onun sözlərinə görə, ali təhsil ocağında 30-a yaxın azərbaycanlıtələbə təhsil alır.