EN

HHM sistemləri Kazan və Qroznıdan Moskvaya köçürülüb


Mayın 9-da Moskvada keçiriləcək ənənəvi Qələbə Günü hərbi paradı ərəfəsində şəhərə 280-dən çox hava hücumundan müdafiə (HHM) sistemi yerləşdirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı tanınmış ukraynalı hərbi jurnalist Andrey Tsaplienko yayıb (https://t.me/Tsaplienko/73529).
Jurnalist qeyd edib ki, əlavə hava hücumundan müdafiə sistemləri Rusiyanın müxtəlif bölgələrindən, o cümlədən Kazan və Qroznı şəhərlərindən Moskvaya köçürülüb. Məlumata əsasən, hazırda paytaxtın hava hücumundan müdafiəsi dörd əsas təbəqə üzrə təşkil olunub.
Tsaplienko bildirib ki, birinci təbəqə hava hədəflərinin aşkarlanması məqsədi daşıyır. Bu mərhələdə "Don-2N" radiolokasiya stansiyasından və "Nebo-M", "Gamma-S1", "Kasta" kimi mobil radar sistemlərindən istifadə olunur.
İkinci təbəqə strateji təhlükələrin qarşısını almağa xidmət edir. Üçüncü təbəqə isə uzun mənzilli hücum vasitələrinin neytrallaşdırılmasına yönəlib. Bu mərhələdə əsasən 400 kilometrədək məsafəni əhatə edən S-400 zenit-raket kompleksləri yerləşdirilib.
Dördüncü və sonuncu təbəqə yaxın məsafəli hava hücumlarına qarşı müdafiə üçündür. Tsaplienkonun sözlərinə görə, "Pantsir-S1" və "Tor-M2" sistemləri təkcə Moskva vilayətində deyil, şəhərin özündə də müxtəlif damlara və mobil platformalara quraşdırılıb.

Murad Məmmədov
Chosen
0
1
yeniavaz.com

2Sources