"Ümumiyyətlə Azərbaycanda idmanın kütləviliyi birbaşa Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Çünki 1994-cü ildə Ulu Öndər Heydər Əliyev Azərbaycanın dünya səviyyəli, Avropa çempionu olmuş idmançıları ilə görüşdü". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan millisinin paracüdoçusu İlham Zəkiyev deyib.
Onun sözlərinə görə, həmin görüşdə Ulu Öndər Heydər Əliyev idmançılara yüksək mükafatlar və motivatsiya verdi: "Sözün həqiqi mənasında Heydər Əliyev hakimiyyətə gəldikdən və müstəqilliyimizi bərpa etdikdən sonra digər sahələrdə olduğu kimi idmanda da gördüyü işlər bu gün öz bəhrəsini verir. Bu gün elə rayonumuz yoxdur ki, orada beynəlxalq standartlara uyğun Olimpiya İdmanKompleksləri olmasın. 2005-ci ilən etibarən isə Ulu Öndərin məhz 1994-cü ildə 5 mart tarixində idmaçılarla görüşü olan tarixini biz idmaçılar "Bədən tərbiyəsi və İdman Günü" kimi bütün respublikamızda qeyd edirik. Azərbaycan artıq idman kütləviliyi baxımından bütün dünyada idman ölkəsi kimi tanınır. İdmançılarımız da beynəlxalq arenada qazandığı uğurları, qızıl medallarla ölkəmizi layiqincə təmsil edirlər. Bu gün ölkəmiz, paytaxtımız Bakı şəhəri və digər iri şəhərlərimizdə beynəlxalq oyunlara və dünya çempionatlarına ev sahibliyi edir. Bu uğurlarında hamısı Ümummilli Liderimizin qoyduğu təməlin bəhrəsidir. 1997-ci ildə bizim idmaçıların yaxın dostu cənab Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməyi ilə idmanımız daha da inkişaf etdi. Bu inkişaf da artıq bu gün göz qabağındadır. Azərbaycan Olimpiya və Paralimpiya oyunlarında yüksək nəticələr qazanmaqla dünya arenasında öz sözünü deməkdədir".