EN

"Mançester Siti" "Nottinqem Forest"in yarımmüdafiəçisi ilə maraqlanır

İngiltərə Premyer Liqası komandası "Mançester Siti" yayda heyətini gücləndirməyə çalışacaq.

"Mançester Siti" "Nottinqem Forest"in ingilis yarımmüdafiəçisi Morqan Gibbs-Uaytla maraqlanır.

Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

Mənbə bildirib ki, klub növbəti transfer pəncərəsi üçün əsas hədəflərdən biri olan 25 yaşlı futbolçunun transferi ilə bağlı danışıqları davam etdirmək niyyətindədir.

Futbolçunun müqaviləsinin şəxsi şərtlərini razılaşdırmaq çətin olmamalıdı, lakin klub oyunçunu buraxmaq fikrində olmadığından "Nottinqem" rəsmiləri ilə danışıqlar çətin olur.

Morqan Gibbs-Uayt bu mövsüm klubda 34 oyuna çıxıb, 5 qol vurub və 9 məhsuldar ötürmə edib. "Transfermarkt" portalının məlumatına görə, futbolçunun bazar dəyəri 50 milyon avro qiymətləndirilir.

1Sources