EN

Pezeşkianın oğlu "Traxtur"çulara görə paylaşım etdi

Pezeşkianın

İran Prezidenti Məsud Pezeşkianın oğlu, Prezident Aparatının rəhbərinin müşaviri və media üzrə köməkçisi Yusif Pezeşkian "Traktor" komandasının azarkeşlərinə qarşı səsləndirilən pantürkist və separatçı iddialarına cavab verib.

Gunaz.tv

O, bu barədə özünün X hesabında paylaşım edib.

"Bu hadisələri həyəcan və enerjinin boşalması ilə əlaqələndirmək lazımdır, onları pantürkist və separatçı kimi dəyərləndirmək strateji səhvdir",- Yusif Pezeşkian yazıb.

Qeyd edək ki, "Traktor" komandasının "Şəms Azər" komandası üzərindəki qələbəsindən və liqa yarışlarının bitməsinə iki həftə qalmış Təbriz təmsilçisinin çempionluğunun qətiləşməsindən sonra "Traktor"çular Tehran, Təbriz, Qəzvin Urmiya, Ərdəbil və başqa şəhərlərdə şənlik aksiyaları keçiriblər.

Eyləmlər zamanı milli şüarlar səsləndirilib, bəzi yerlərdə Azərbaycan və Türkiyə bayraqları qladırılıb.

Bu, İranın bəzi media orqanlarında, xüsusən sosial media platformalarında narazılıqla qarşılaşıb, azərbaycanlı tərəfdarlar pantürkçülük və separatçılıqda günahlandırılıb.

Chosen
0
xalqcebhesi.az

1Sources