EN

İrandan İsrailə təhdid: Bütün gücümüzlə cavab verəcəyik

BAKI, 5 may. TELEQRAF

İran İsrailin istənilən təcavüzünə qəti və bütün gücü ilə cavab verəcək.

Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İsrail Baş naziri Benyamin Netanyahunun Yəmənin “Ənsarallah” hərəkatı (husilər) tərəfindən Ben Qurion hava limanının atəşə tutulmasında iştirak etdiyi iddiası ilə Tehrana qarşı təhdidlərini şərh edərkən deyib.

“Bütün gücümüzlə istənilən təcavüzə mütləq ən qəti şəkildə cavab verəcəyik. Buna şübhə etməyin”, - o, mətbuat konfransı zamanı vurğulayıb.

Bəqayinin fikrincə, İrana haradan hücum edilməsinin əhəmiyyəti olmayacaq, cavab istənilən istiqamətdən gələcək.

Benyamin Netanyahu bundan əvvəl bəyan edib ki, “Ənsarallah”ın arxasında İran dayanır və İsrail buna görə Tehrana tutarlı cavab verəcək. İsrail Baş naziri İranı husilərin sponsoru adlandıraraq qeyd edib ki, ona cavab zərbələrlə olacaq.

Chosen
0
teleqraf.com

1Sources