EN

“Formula 1” Mayami Qran Prisinin qalibi müəyyənləşib

Avstraliyalı “McLaren” pilotu Oskar Piastri “Formula 1” dünya çempionatının altıncı raundunda - Mayami Qran Prisində qalib gəlib. Onun komanda yoldaşı Lando Norris ikinci, “Mercedes”-dən Corc Rassel üçüncü yeri tutub.

Piastri 131 xalla liderdir, Norris ikinci (115), Maks Ferstappen (Red Bull) üçüncüdür (99). “McLaren” (246 xal) “Mercedes” (141) və “Red Bull”-u (105) qabaqlayır.

Mövsümün növbəti mərhələsi mayın 16-dan 18-dək İtaliyanın İmola şəhərindəki trasda baş tutacaq.

Aprelin 21-də Piastri Ciddədə keçirilən “Formula 1” çempionatının, Səudiyyə Ərəbistanı Qran Prisinin beşinci turunda qalib gəlib. Piastri komanda yoldaşı britaniyalı Lando Norrisi keçərək (o, çempionatın bu mərhələsində dördüncü olub) “Formula 1” pilotlarının turnir cədvəlinin lideri olub.

Almaz Həsənli

Chosen
0
oxumeni.az

1Sources