EN

Moskvada doqquzmərtəbəli binada baş verən partlayışın səbəbi bilinib

Moskvanın cənub-qərbində doqquzmərtəbəli binada baş verən partlayışın ilkin səbəbi qaz sızması olub.

BAKU.WS xəbər verir ki, bu barədə TASS fövqəladə hallar xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, General Tülenev küçəsində yerləşən 39 saylı binanın 9-cu mərtəbəsində yanğın baş verib. Yanğın 100 kvadratmetr ərazini əhatə edib, çökmə sahəsi 60 kvadratmetr olub.

Hadisə nəticəsində üç nəfər ölüb, beş nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya aparılıb.

Chosen
0
far.az

1Sources