EN

İnvestisiya təşviqi mexanizmi yerli istehsalı stimullaşdırır

Sahibkarların fəaliyyətinin dəstəklənməsi üçün tətbiq olunan mexanizmlərdən biri də investisiya təşviqi mexanizmidir. Bu mexanizm vergi və gömrük güzəştlərini nəzərdə tutur.

Bu sözləri "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah" adlı tədbirdə çıxış edərkən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.

Elnur Əliyev əlavə edib ki, bu sahədə yerli istehsalın təşviqi məqsədilə ümumi dəyəri 50 milyon manat olan 2 layihəyə investisiya təşviqi sənədi verilib.

"Ötən dövr ərzində sözügedən layihələr üzrə 16 milyon manat dəyərində texnika, texnoloji avadanlıq və qurğular idxal olunub və sahibkarlara idxal üzrə 4 milyon manat dəyərində ƏDV və gömrük rüsumundan azadolma tətbiq olunub”,- nazirin birinci müavini qeyd edib.

Chosen
0
vergiler.az

1Sources