Bakı. Trend:
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuzdövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumatagörə, daxil olan məlumat əsasında Bakı və Sumqayıt şəhərlərindəkeçirilən əməliyyat nəticəsində 34 yaşlı M.Rəhimov, 25 yaşlıF.Hüseynzadə və əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkumolunmuş 27 yaşlı Ə.Atakişiyev saxlanılıb.
Onlardan 6 kiloqrama yaxın narkotik vasitə marixuana, heroin və22 ədəd psixotrop tərkibli preqabalin həbi aşkarlanaraqgötürülüb.
Araşdırma aparılır.