EN

İran XİN: ABŞ ilə nüvə proqramı üzrə danışıqları davam etdirməyə hazırıq

Tehran Vaşinqtonla İran nüvə proqramı ətrafında böhranın həlli məsələsi üzrə dolayı danışıqları davam etdirməyə hazır olduğunu və vasitəçi rolunu oynayan Omandan növbəti görüşün tarixini və yerini gözlədiyini bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu respublikanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai mətbuat konfransında bildirib.

"Mayın 3-nə planlaşdırılan növbəti məsləhətləşmələr raundunun təxirə salınması vasitəçinin təşəbbüsü və hər iki tərəfin razılığı ilə həyata keçirilib. Bu danışıqların gələcəyi ilə bağlı İran Omandan məlumat gözləyir. Omanlı dostlarımız vaxtı, yeri razılaşdıracaq və bizi məlumatlandıracaq", - o bildirib.

Məlumat yenilənir

Chosen
0
report.az

1Sources