EN

ABŞ ilə Ukrayna arasındakı saziş: Kiyev üçün yeni qapılar açılır...

ABŞ ilə Ukrayna arasında Kiritik Minerallarla bağlı imzalanmış saziş hərbi, siyasi və iqtisadi dinamikanı izah etməyə zərurət yaradır.

Mövzu ilə əlaqədar qısa TEZİSLƏR:

1. Müqavilə Ukraynanın gələcək iqtisadi dirçəlişinə sərmayə qoymaq və ondan faydalanmaq üçün ABŞ-Ukrayna birgə idarə olunan fondu - Yenidənqurma İnvestisiya Fondunu yaratmağı nəzərdə tutur. Lakin investisiya və layihələrin şərtlərini müəyyən edəcək əlavə texniki sazişlər imzalanmalıdır. Bu, daha çox Ukraynanın ABŞ-nin maraqlarına nə qədər yaxın olmasından asılıdır.

2. Çətinliklə əldə edilən bu razılaşma ABŞ-nin Ukraynaya daha çox hərbi yardımının qapısını yenidən aça bilər. ABŞ Prezidenti Donald Trampın kritik minerallar sazişinin Ukrayna üçün təhlükəsizlik zəmanəti verməsindən danışması həmin məntiqin açılışıdır. Mümkündür ki, bu, regionda ABŞ sərmayələrinin artmasına və ABŞ personalının Ukraynada mövcudluğuna kömək etmək məqsədi daşıyır.

3. Vaşinqton Ukraynanın təbii ehtiyatlarına çıxış əldə etməyə Avropanın təhlükəsizliyindəki dominantlığını gücləndirən vasitə kimi baxır. Buna görə də, razılaşmanın Rusiyanın maraqlarına zidd olan nöqtələri var. Başqa yandan, ABŞ kritik minerallara çıxışla Ukraynanı Rusiyanın və Çinin gələcək iqtisadi asılılıqlarından azad etməyə çalışır. Ancaq üç sual yaranır:

- Rusiyanın nəzarət zonasında olan təbii ehtiyatların istismarı üçün Vaşinqton-Moskva anlaşması mümkündürmü?

- Belə bir sövdələşmə olarsa, Ukraynanın ərazi taleyi bunun harasında dayanacaq?

- Rusiya müqavilədəki təhlükəsizliklə əlaqədar ABŞ təminatlarını pozmaq üçün hansı addımları atacaq?

Nəzərə almaq lazımdır ki, ABŞ investorlarının Ukraynadakı iqtisadi əməliyyatların effektivliyi Rusiyanın Ukrayna ərazisinə hücumunu dayandırmasından asılıdır...

Siyasi şərhçi Aqşin Kərimov,

Sitat.info

Chosen
0
sitat.info

1Sources