EN

FHN-in əməkdaşı faciəvi şəkildə öldü

Xəbər verdiyimiz kimi, ötən gün Xaçmaz rayon sakini Kənan Abdullayev dəmiryol xəttində qatarın altında qalması nəticəsində ölüb. "Unikal"ın məlumatına görə, hadisə nəticəsində həyatını itirən K.Abdullayev FHN-in Şimal bölgəsinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı olub.

 

K.Abdullayev ailəli idi, bir azyaşlı övladı var.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 5 May 2025, 12:07   
Chosen
0
9
pravda.az

10Sources