EN

Bu yağ növü xroniki iltihaba səbəb olmaqda REKORDDADIR

Bu yağ növü xroniki iltihaba səbəb olmaqda

Rafinə günəbaxan yağı böyük miqdarda xroniki iltihaba səbəb olan omeqa-6 yağ turşularının miqdarına görə rekorda sahibdir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, diyetoloq Pavel Belski lenta.ru ilə söhbətində fikirlərini bölüşüb.

Mütəxəssis izah edir ki, günəbaxan yağı kimi bəzi bitki yağlarının sənaye üsulu ilə istehsalında benzinin zəhərli fraksiyalarından biri olan heksandan istifadə olunur. Bu maddə preslənmiş toxumların (tortanın) tərkibində qalan yağı çıxarmaq üçün tətbiq edilir. Onun sözlərinə görə, heksan tam təmizlənmədikdə kimyəvi qalıqlar son məhsulda qala bilər. Bu proses nəticəsində yağın təbii xüsusiyyətləri itir və süni hala düşür.

"Omeqa-6-nın omeqa-3-ə optimal nisbəti 4:1-dir, lakin müasir insan pəhrizində bu nisbət 15:1-20:1-ə çatır. Bu, infarkt, insult və ateroskleroz kimi ürək-damar xəstəliklərinin riskini artırır.

"Bundan əlavə, şəkərli diabet və otoimmün xəstəliklər də inkişaf edə bilər", - diyetoloq bildirib.

Mütəxəssis əlavə edib ki, təmizlənmə prosesi sərbəst radikallarla mübarizə aparan və hormonal tarazlığı qoruyan E, K, A vitaminlərini, antioksidantları və fitosterolları öldürür. Bunun qarşısını almaq üçün o, təmizlənməmiş soyuq preslənmiş analoqlardan - zeytun, kətan toxumu, çətənə, avokado, qızartmaq üçün isə kokos və yağdan istifadə etməyi təklif etdi.

Tərcümə: Könül Oruc

E-saglam.az


Chosen
0
e-saglam.az

1Sources