Atatürk Mədəniyyət Mərkəzindən çıxarkən, CHP sədri Özgür Özələ yumruqla hücum edən Səlcuq Tengioğlunun həbs müddətinin bir gün uzadılmasına qərar verilib.
Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb
Qeyd edək ki, Atatürk Mədəniyyət Mərkəzində Türkiyə Böyük Millət Məclisinin sədr müavini, DEM Partiyasının millət vəkili Sırrı Süreyya Öndərin anım mərasimi keçirilib. Tədbirdə iştirak edən CHP sədri Özgür Özəl oradan çıxan zaman hücuma məruz qalıb.
Araşdırmalar nəticəsində, hücum edən şəxsin 66 yaşlı, daha əvvəl 2 övladını qətlə yetirən və 16 il həbsdə qaldıqdan sonra azadlığa buraxılan Selçuk Tengioğlu olduğu ortaya çıxıb.
Hazırda saxlanılan Tengioğlunun bu gün məhkəmə qarşısına çıxarılması gözlənilirdi. Lakin istintaqın davam etdirilməsi ilə əlaqədar onun saxlanılma müddətinin bir gün uzadılmasına qərar verilib.