EN

İş üçün avtomobil almaq istəyən sahibkarlara 100.000 AZN-dək kredit

“Bank Avrasiya” ASC kiçik və orta sahibkarlar üçün sərfəli şərtlərlə avtomobil krediti təklif edir.

Finss.az xəbər verir ki, sahibkarlar 10 000 AZN-dən 100 000 AZN-ə qədər avtomobil kreditini illik 10%-dən başlayan faizlə və 60 aya qədər müddətə əldə edə bilərlər.

Əsas kredit şərtləri:

  • Faiz dərəcəsi: illik 10% – 12%
  • Müddət: maksimum 60 ay
  • Valyuta: AZN
  • Komissiya: verilmə və nağdlaşdırılma üzrə 0.5%

Kredit üçün tələb olunan ilkin sənədlərə şəxsiyyət vəsiqəsi, VÖEN və biznes təhlili (memorandum) daxildir.

Bu məhsul sahibkarların işində istifadə edəcəyi avtomobillərin maliyyələşdirilməsi üçün əlverişli vasitə kimi təqdim olunur.

Ətraflı məlumat üçün keçid: //bankavrasiya.az/business/loans-1/marko-biznes-1/

Fuad Mədətov
Finss.az

Chosen
0
fins.az

1Sources