EN

Qarğışı tutub komandanı

İtirməyə heç nəyi qalmayıb «Səbail»in. Risk almaq yeganə çıxış yoludur.
Elvin Məmmədov da bunu edir. Və komandasına pis futbol oynatmır.
Mübarizə aparırlar, hər oyunda qol epizodları yaradırlar, qələbəyə can atırlar. Yenə sonda nəsə alınmır, 3 xal onların olmur.
Şamaxıda da tanış mənzərə ilə qarşılaşdıq. «Səbail» ikinci hissədə sərgilədiyi üstün futbolla qalibiyyətin qapısına dönə-dönə yaxınlaşdı, darvazanı bərkdən-bərkdən döydü, əmbə o qapıdan içəri keçə bilmədi.
«Sabah» və «Araz-Naxçıvan»la qarşılaşmaların davamı idi, elə bil.
Bu, təsadüflikdən uzaq, əslində, zərurətdən doğan gəlişmədir.
Premyer Liqada mövsümün başa çatmasına hələ 3 tur qalmaqdadır və Elvin Məmmədov hələ də möcüzəyə ümidini itirməyibsə, ona buradan ip «ipucu» verim, gedib şansını yoxlasın.
Mən onu Cavid Hüseynovdan halallıq almağa səsləyirəm. Uzun illər dostluq etdiyi şəxsin yerini tutmağı səhv addım idi. Bu cür eləmişdisə belə, ondan xeyir-dua istəməli idi. Hüseynovla görüşməli, üzrxahlıq eləməli, ürəyini almalıdır. Əks halda, Cavid Hüseynovun qara qarğışı hələ uzun müddət «Səbail»in başı üzərində dolaşacaq.
Nəfs çox şeydir. Yıxa bilmədiyi ev yoxdur.
ELXAN

Chosen
0
sportinfo.az

1Sources