EN

Rumıniyada seçki: Trampın müttəfiqi, Avropanın düşməni öndədir

Rumıniyada mayın 4-də keçirilən prezident seçkilərinin birinci turunda “Rumınların Birləşməsi Uğrunda Alyans” millətçi partiyasının lideri Corce Simion 40%-dən çox səs toplayaraq öndədir.

Publika.az xəbər verir ki, siyasətçi Avropa İttifaqının rəhbərliyini sərt tənqid etməsi ilə tanınır və Moldovanın Rumıniyaya birləşdirilməsinin, Ukrayna Silahlı Qüvvələrinə hərbi yardımın dayandırılmasının tərəfdarıdır. Simion həmçinin Ukrayna ərazisinin bir hissəsinə də iddia edir. O, əvvəllər həm Kişinyov, həm də Kiyev tərəfindən persona non-qrata elan edilib.

Corce partiyasını “Trampın Avropadakı təbii müttəfiqi” adlandırır. O, qalib gələrsə, ilk turda hakimiyyət tərəfindən kənarlaşdırılan namizəd Georgeskunu baş nazir edəcəyinə söz verib.

İkinci yeri Buxarest meri Nikuzor Dan (21%) tutub. Üç hakim partiyanın namizədi Krin Antonesku 20,25% səs toplayıb və ikinci tura keçməyəcək. O, məğlubiyyətini etiraf edib.

Chosen
0
publika.az

1Sources