Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsi tərəfindən 30 ədəd sərnişin-yük avtomobili (pikap) alınması üçün tender elan edilib.
BAKU.WS-in əldə etdiyi məlumata görə, alınacaq avtomobillər həm sərnişin, həm də yük daşımağa uyğunlaşdırılmış güclü texniki göstəricilərə malik olacaq.
Texniki şərtlərə görə, avtomobillər 4x4 təkər formuluna, azı 140 at gücündə mühərrikə və 800 kiloqrama qədər yük götürmə qabiliyyətinə sahib olmalıdır. Hər bir nəqliyyat vasitəsi dizel yanacağı ilə işləyəcək, 6 pilləli mexaniki ötürücü qutusu, kondisioner, multimedia sistemi, arxa görüntü kamerası, təhlükəsizlik sistemləri və digər müasir avadanlıqlarla təchiz olunacaq.
Tenderin ümumi dəyəri 1 milyon 973 min 988 manat təşkil edir. Avtomobillərin hər biri 1 illik zəmanətlə təhvil veriləcək. Bu satınalma regionlarda meliorasiya və digər texniki xidmətlərin operativ yerinə yetirilməsi məqsədi daşıyır.