EN

Dünyada neft və qaz qazma qurğularının sayı apreldə azalıb

Finss.az - ABŞ-n neft-servis şirkəti Baker Hughesin aprel ayına dair açıqladığı hesabatına əsasən, dünyada fəaliyyət göstərən neft və qaz qazma qurğularının sayı ikinci ay ardıcıl azalıb.

Bu azalma, xüsusilə Kanadada baş verən azalmadan irəli gəlib.

Aprel ayında dünya üzrə 1616 qazma qurğusu fəaliyyət göstərib. Bu, mart ayına nisbətən 69 ədəd azalma və 2024-cü ilin eyni ayı ilə müqayisədə 110 ədəd daha azdır.

ABŞ-da qazma qurğularının sayı apreldə 6 ədəd azalaraq 586 olub. Kanadada isə bu azalma daha böyük olub – qurğuların sayı 56 ədəd azalarak 138-ə enib.

Qazma qurğularının sayının azaldığı digər regionlar:

  • Latın Amerikasında 1 ədəd azalma – 130 qurğu,

  • Asiya-Sakit Okean regionunda 8 ədəd azalma – 203 qurğu,

  • Yaxın Şərqdə 4 ədəd azalma – 335 qurğu.

Avropada isə fəaliyyət göstərən qazma qurğularının sayı 5 ədəd artaraq 126 olub, Afrikada isə heç bir dəyişiklik baş verməyib – 97 qurğu fəaliyyətini davam etdirib.

2024-cü il ərzində fəaliyyət göstərən neft və qaz qazma qurğularının sayı əvvəlki illə müqayisədə azalma göstərib. 2023-cü ildə 1812 olan bu göstərici, 2024-cü ildə 1734-ə enib.

Baker Hughesin yayımladığı statistikalar, 1944-cü ildən etibarən dünya üzrə qazma qurğularının sayını izləyir. Şirkət ilk əvvəl yalnız ABŞ və Kanadada məlumat toplayıb, amma 1975-ci ildən etibarən dünya miqyasında genişləndirilib.

 

Chosen
0
fins.az

1Sources