"Düşünürəm ki, bu mövqe Yaponiyanın siyasi rəhbərliyinin tarixi amneziyadan əziyyət çəkdiyini və İkinci Dünya müharibəsinin beynəlxalq səviyyədə qəbul olunmuş nəticələrini qəbul etmək istəmədiyini əks etdirir. Bu nəticələrə əsasən, cənubi Kuril adaları hüquqi olaraq bizim ölkəmizə məxsusdur və bu, BMT Nizamnaməsində də təsdiqlənib", - deyə səfir vurğulayıb.
Nozdryov həmçinin qeyd edib ki, Yaponiyanın belə mövqeyi onun öz militarist keçmişinə obyektiv baxa bilməməsi ilə bağlıdır.
"Xatırlatmaq istərdim ki, rəsmi Tokio hələ də SSRİ də daxil olmaqla bir çox ölkəyə qarşı etdiyi təcavüzə görə üzr istəməyib", - deyə o əlavə edib.
Əvvəllər məlumat verilmişdi ki, Yaponiyanın baş naziri Siqeru İsiba Kuril adaları məsələsində daha sərt mövqe nümayiş etdirib və bu adalara iddialarını davam etdirəcəyini bildirib.