Tanınmış estetik cərrah Mübariz Məmmədli Nyu Yorkda keçirilən beynəlxalq master-klassda iştirak edib. O, uzun illərin təcrübəsinə əsaslanaraq inkişaf etdirdiyi endoskopik üz gərmə texnikasını dünya üzrə aparıcı plastik cərrahlara təqdim edib.
Mübariz Məmmədli bu yenilikçi yanaşmanın beynəlxalq aləmdə böyük maraqla qarşılandığını bildirib:
“Bu texnikanı dünya mütəxəssislərinə təqdim etmək mənim üçün böyük qürur anı oldu. Azərbaycanı belə bir səviyyədə təmsil etmək həm məsuliyyətli, həm də ilhamverici idi,” – deyə cərrah öz sosial media hesabında paylaşım edib.
O, eyni zamanda Azərbaycan estetik tibb sahəsinin dünya səhnəsində layiqincə təmsil olunmasından qürur duyduğunu vurğulayıb.






