EN

"Çempion liqa başlamazdan əvvəl məlum idi" - Mourinyo

style='margin-bottom:10px;'>

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo komandasının Türkiyə çempionatının 34-cü turunda "Beşiktaş"a məğlubiyyətini (0:1) şərh edib.

QOL.az xəbər verir ki, mütəxəssis iddialı açıqlaması ilə gündəmə gəlib:

"Bu gün meydanda oyunu qazanmaq və fürsətlər yaratmaq istəyən bir komanda var idi. Biz uduzmağa layiq deyildik. VAR qərarları, hakim qərarları, En-Nesiriyə verilməyən penalti... Bu barədə danışmaqdan çox yorulmuşam.

Mənim gücüm yoxdur, heç nə dəyişmir,  vəziyyət belədir. Bəzi oyunçularınız kifayət qədər yaxşı çıxış etsələr də, bu, nəticənizə təsir göstərmir. Məncə çempion liqa başlamazdan əvvəl məlum idi".

Qeyd edək ki, “Fənərbaxça” 75 xalla Türkiyə çempionatının turnir cədvəlində 2-ci yerdədir. Komanda mövsümün sonuna 4 tur qalmış lider "Qalatasaray"dan 8 xal geridədir.

Chosen
0
teleqraf.com

1Sources