EN

Son 4 ildə gəlirlər 50% artıb

Finss.az – Media TÉ™hlil MÉ™rkÉ™zinin (MTM) DövlÉ™t Statistika KomitÉ™si vÉ™ AzÉ™rbaycan MÉ™rkÉ™zi Bankının rÉ™smi mÉ™lumatları É™sasında apardığı tÉ™hlilÉ™ É™sasÉ™n, son 4 il É™rzindÉ™ ölkÉ™dÉ™ É™halinin nominal gÉ™lirlÉ™ri üzrÉ™ sabit artım dinamikası qeydÉ™ alınıb.

2021-ci ilin birinci rübündə 13,5 milyard manat təşkil edən əhalinin nominal gəlirləri, 2025-ci ilin ilk üç ayında 20,7 milyard manata yüksəlib. Bu, 53,8 faiz və ya 7,2 milyard manatlıq artım deməkdir. Son bir il ərzində isə artım tempi 6,6 faiz olub.

Adambaşına düşən nominal gəlir də artmaqda davam edir. 2025-ci ilin yanvar-mart aylarında bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 117,2 manat və ya 6,2 faiz artaraq 2 min 22,6 manata çatıb. Ümumilikdə son 4 ildə əhalinin hər bir nəfərinə düşən nominal gəlir 677,7 manat və ya 50,4 faiz artıb.

MTM-in təhlilinə əsasən, 2025-ci ilin ilk rübündə orta illik inflyasiya 5,6 faiz təşkil edib. Eyni dövrdə adambaşına düşən nominal gəlirin 6,2 faiz artması, gəlirlərin inflyasiya səviyyəsini üstələdiyini göstərir. Xüsusilə 2022-2023-cü illərin birinci rübləri arasında inflyasiya 13,8 faiz olduğu halda, nominal gəlir artımı 14,5 faizlə daha yüksək olub.

Rəsmi statistikaya görə, cari ilin yanvar-fevral aylarında ölkədə orta aylıq əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 96,8 manat (10,2 faiz) artaraq 1043,6 manata yüksəlib. 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə orta aylıq əməkhaqqı 351,3 manat və ya 50,7 faiz artıb.

Qeyd edək ki, nominal gəlirlər dedikdə, əhalinin əldə etdiyi əməkhaqqı, pensiya, müavinət, sahibkarlıq gəlirləri və digər pul vəsaitlərinin cəmi nəzərdə tutulur. Bu göstərici real alıcılıq qabiliyyətini əks etdirməsə də, iqtisadi aktivliyi və gəlir strukturlarını qiymətləndirmək baxımından mühüm əhəmiyyət daşıyır.

Chosen
0
5
fins.az

9Sources