EN

Emin Mahmudov “Neftçi”də 60-cı qolunu vurdu

Emin Mahmudov “Neftçi”də 60-cı qolunu vurub.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının 33-cü turuna təsadüf edib. O, “Kəpəz”lə görüşdə (2:2) Bakı klubunu məğlubiyyətdən xilas edən qolun müəllifi olub.

Emin “Neftçi”də keçirdiyi 252-ci qarşılaşmada 60-cı qoluna sevinib. O, Premyer Liqada 44, Azərbaycan kubokunda 7, avrokuboklarda 9 dəfə fərqlənib.

Mahmudov “Neftçi”nin tarixi ərzində 60 və daha çox qol vuran 15-ci futbolçudur. O, klub tarixinin bombardirləri siyahısında 60 qol vuran Kazbek Tuayevə çatıb.

Qeyd edək ki, “Neftçi” tarixinin ən məhsuldar futbolçusu Samir Ələkbərovdur – 142 qol. Anatoli Banişevski 136, Yunis Hüseynov 103 dəfə fərqlənib.

Chosen
0
20
idmanxeber.az

10Sources