"Qarabağ"ı futbolçusu Amin Rzayev Misli premyer-liqasında 2024/25 mövsümünün rekorduna imza atıb.
"Football-plus.az" xəbər verir ki, 33-cü turun “Sumqayıt”la görüşündə meydana çıxan müdafiəçi mövsümün ən gənc futbolçusu olub. O, premyer-liqada 15 yaş 204 günlüyündə debüt edib. 2009-cu il oktyabrın 12-də anadan olan futbolçu bu göstəricidə mövsümün yeni rekordçusu olub.
Qeyd edək ki, “Qarabağ” “Sumqayıt”la ev oyununda 2:0 hesablı qələbə qazanıb.